“Məhəmmədəmin Rəsulzadə: dil, ədəbiyyat və tarix məsələləri” adlı respublika simpoziumu keçiriləcək
17 may 2024-cü il tarixində Bakı Avrasiya Universiteti və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə Məhəmmədəmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr edilmiş “Məhəmmədəmin Rəsulzadə: dil, ədəbiyyat və tarix məsələləri” adlı respublika simpoziumu keçiriləcək.
Müraciət və qeydiyyat:
– Xülasə və məqalə təqdim etmək üçün son tarix: 15 aprel 2024-cü il
– Proqramın elanı: 5 may 2024-cü il
Simpoziumda iştirak
– Simpozium Bakı Avrasiya Universitetində keçiriləcəkdir.
Tədqiqat sahələri / Simpoziumun əhatə dairəsi
Simpoziumda aşağıdakı mövzular üzrə tədqiqatların nəticələrinin təqdim olunması nəzərdə tutulur:
I bölmə. Məhəmmədəmin Rəsulzadə və ana dili məsələləri
-
Məhəmmədəmin Rəsulzadə millətimizin və dilimizin mənşəyi haqqında
-
Məhəmmədəmin Rəsulzadə əsərlərinin dili
-
Məhəmmədəmin Rəsulzadə ana dilimizin qoruyucusu kimi
-
Məhəmmədəmin Rəsulzadənin əsərləri əcnəbi dillərdə
II bölmə. Məhəmmədəmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı məsələləri
-
Məhəmmədəmin Rəsulzadənin bədii yaradıcılığı
-
Məhəmmədəmin Rəsulzadə və klassik Azərbaycan ədəbiyyatı
-
Məhəmmədəmin Rəsulzadənin “Çağdaş Azərbaycan ədəbiyyatı” əsərinə yeni baxış
-
Məhəmmədəmin Rəsulzadənin redaktorluq fəaliyyəti, publisistikası, Məhəmmədəmin Rəsulzadə (surəti) bədii ədəbiyyatda
III bölmə. Məhəmmədəmin Rəsulzadə və Azərbaycan tarixi məsələləri
-
Məhəmmədəmin Rəsulzadənin həyatına baxış, onun dövlətçilik baxışları və fəaliyyəti
-
Məhəmmədəmin Rəsulzadənin Azərbaycan tarixi üzrə əsərləri
-
Məhəmmədəmin Rəsulzadə və Azərbaycanın qədim dövr tarixi
-
Məhəmmədəmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” əsərinə yeni baxış