AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

AMEA-nın Gəncə Bölməsi fəlsəfə və elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbul elan edir

Elminfo.az science.gov.az– istinadən xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli 163s nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na və AMEA Rəyasət Heyətinin 3 aprel 2024-cü il tarixli qərarına əsasən AMEA-nın Gəncə Bölməsi fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbul elan edir. Sənəd qəbulu 16 aprel 2024-cü il tarixindən 15 may 2024-cü il tarixinədək həyata keçiriləcək.

Fəlsəfə doktoru hazırlığı üzrə dissertantura: 4 yer

Nizami Gəncəvi Mərkəzi

5716.01 “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə – 1 yer

Humanitar Tədqiqatlar İnstitutu

5717.01 “Türk xalqları ədəbiyyatı” ixtisası üzrə  – 1 yer

Diyarşünaslıq İnstitutu

5503.02 “Vətən tarixi”  ixtisası üzrə – 1 yer

5901.01 “Beynəlxalq münasibətlər” – 1 yer

Elmlər doktoru hazırlığı üzrə dissertantura: 1 yer

Diyarşünaslıq İnstitutu

5503.02 “Vətən tarixi”  ixtisası üzrə – 1 yer

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul üçün aşağıdakı sənədlər AMEA-nın Gəncə Bölməsinə təqdim edilməlidir:

– elmi müəssisənin rəhbərinin adına ərizə;

– kadrların şəxsi-qeydiyyat vərəqi;

– tərcümeyi-hal;

– 2 ədəd fotoşəkil (3×4 sm ölçüdə);

– iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

– iş yerindən xasiyyətnamə;

– çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

– ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması ilə bağlı şəhadətnamə);

– şəxsiyyəti təsdiq edən sənədin surəti;

– xarici dil bilikləri üzrə beynəlxalq sertifikatın surəti (IELTS, TOEFL, TestDaf, DELF, DALF, STANAG, Cambridge English Qualifications – olduğu halda).

Elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul üçün aşağıda qeyd olunan sənədlər AMEA-nın Gəncə Bölməsinə təqdim edilməlidir:

– elmi müəssisənin rəhbərinin adına ərizə;

– kadrların şəxsi-qeydiyyat vərəqi;

– tərcümeyi-hal;

– 2 ədəd fotoşəkil (3×4 sm ölçüdə);

– əmək kitabçasından çıxarış;

– iş yerindən xasiyyətnamə;

– çap olunmuş elmi işlərin siyahısı;

– fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun notarial qaydada təsdiq edilmiş surəti;

– ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması ilə bağlı şəhadətnamə);

– şəxsiyyəti təsdiq edən sənədin surəti.

Qeyd: Doktorantura və dissertanturaya sənəd qəbulu, eyni zamanda “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada aparılacaq. Sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər. Portal.edu.az vasitəsilə sənəd qəbulu 16 aprel 2024-cü il tarixi, saat 11:00-dan 15 may 2024-cü il tarixi, saat 18:00-dək həyata keçiriləcək. Portal ilə bağlı əlavə məlumat almaq üçün elmi müəssisənin Təhsil şöbəsinə müraciət etmək olar.