“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” mövzusunda elmi sessiya keçiriləcək
Mayın 8-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” mövzusunda elmi sessiya keçirəcək.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Sessiyada institutun əməkdaşları “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası”, “Heydər Əliyevin dövlətçilik, idarəçilik və dil siyasəti qələbəmizin təməlidir”, “Heydər Əliyevin siyasi natiqliyi”, “Heydər Əliyev və nitq mədəniyyəti” mövzularında məruzələrlə çıxış edəcəklər.