Gələn ay Şuşada “ASAN xidmət” mərkəzi açılacaq
İyunun sonunadək Şuşada “ASAN xidmət” mərkəzi açılacaq.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Şuşadakı “ASAN xidmət” mərkəzinin xidmətlərindən Xankəndi sakinləri də istifadə edə biləcək:
“Ümumilikdə azad olunmuş ərazilərdə, xüsusilə Ağdam, Cəbrayıl, Laçın və Şuşa olmaqla 4 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərəcək”.