Xankəndidə Türkiyə konsulluğu nə vaxt açılacaq? – Səfirdən açıqlama
Xankəndidə konsulluğun açılması üçün şəhərin hazır olması lazımdır.
Elminfo.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında deyib.
Xankəndidə konsulluğun açılması üçün şəhərin hazır olması lazımdır. Biz Şuşada konsulluq açmaq üçün müraciət etmişdik. Bu məsələ ilə bağlı danışıqlar da iki dövlət arasında aparılır, dövlətimiz də bu məsələni dəyərləndirir, zamanı gələndə açılacaq. (turkustan.az)