ELMİ DİASPORA

40 il əvvəl Azərbaycanda təhsil almış laoslu və vyetnamlı qonaqlar Şuşada olublar

Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə ölkəmizə səfərə gələn, 40 il əvvəl Azərbaycanda təhsil almış Vyetnam-Azərbaycan və Laos-Azərbaycan Dostluq assosiasiyalarının üzvləri Şuşada olublar.

Ermənilər tərəfindən Şuşa şəhərində törədilmiş vandalizm aktlarını pisləyən laoslu və vyetnamlı qonaqlara hazırkı mövcud vəziyyət haqqında məlumat verilib, aparılan sürətli bərpa və yenidənqurma işləri göstərilib. Qonaqlar görülən bu işləri yüksək qiymətləndirirək, Şuşanın gələcəkdə ən gözəl turizm mərkəzlərindən biri olacağına əminliklərini bildiriblər. Daha sonra qonaqlar Gəncə qapıları, “Güllələnmiş heykəllər” abidəsini, Cıdır Düzünü, Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər.