l sinfi bitirən şagirdlərin sayı – RƏSMİ
Hər il minlərlə şagird məktəb həyatının ilk mərhələsini başa vuraraq növbəti sinfə qədəm qoyur. Birinci sinif uşaqların təhsil sisteminə uyğunlaşması, ilkin bilik və bacarıqlar əldə etməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, tədris ilinin sonunda birinci sinfi bitirən şagirdlərin sayı ümumi təhsil üzrə vacib göstəricilərdən biri hesab olunur.
Maraqlıdır, 2025-2026-cı tədris ili üzrə birinci sinfi bitirən şagirdlərin sayı nə qədərdir?
Modern.az xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) sorğu ünvanlayıb.
Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, 2025-2026-cı tədris ili üzrə birinci sinfi bitirən şagirdlərin ümumi sayı 131 390 nəfər təşkil edir:
“Onlardan qızların sayı 61 211 nəfər, oğlanların sayı isə: 70 179 nəfərdir”.
Mənbə: Modern.az
