Rus sərhədçiləri Zəngəzurdakı postlarını yığışdırır
Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Zəngəzur vilayətindəki postlarını bağlamağa başlayıblar.
Turkustan.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Qeyd edilir ki, onlar 44 günlük müharibədən sonra, 2020-ci ilin dekabrında vilayətin Gorusla Qafan rayonları arasında yerləşən Çakaten kəndində məskunlaşmışdılar. (axar.az)