Cümhuriyyət qurucularına həsr edilən yeni kitab
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) professoru Məhərrəm Zülfüqarlının “Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, göyçaylı deputat Hacı Hüseyn Hacı Abdulla oğlu Əfəndiyev (1887 (1893?) – 1920)” kitabı işıq üzü görüb.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, kitab “Hacı Hüseyn Hacı Abdulla oğlu Əfəndiyevin ictimai-siyasi fəaliyyəti”, “Sovet Rusiyasının 27 aprel 1920-ci il işğalından sonra H.H. Əfəndiyevə qarşı təzyiqlər və repressiya arxiv sənədlərində” fəsillərindən ibarətdir. Fəsillərdə Əhrar fraksiyasının digər üzvləri – Aslan bəy Qardaşov, Hacı Molla Əhməd Nuruzadə, Muxtar Əfəndizadə, Qərib Kərimoğlu, Bayram Niyazi Kiçikxanlı, Hacı Əli Qasımoğlu və Abdulla bəy Qəbulovun ictimai-siyasi fəaliyyətindən də bəhs olunub.
Kitaba ön sözü “Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası”nın prezidenti Elxan Süleymanov yazıb.