ELMİ ANONSLAR

Mirzə Şəfi Vazehin 230 illik yubileyinə həsr olunmuş respublika konfransı keçiriləcək

2024-cü ilin noyabr ayında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan şairi və mütəfəkkiri, pedaqoq və xəttat Mirzə Şəfi Vazehin anadan olmasının 230 illik yubileyinə həsr olunmuş “Mirzə Şəfi Vazeh və Azərbaycan ədəbiyyatı Şərq-Qərb əlaqələri kontekstində” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Konfransın bölmələri: 

  1. Mirzə Şəfi irsi Azərbaycan və Qərb ədəbi əlaqələri kontekstində
  2. Mirzə Şəfi şeirləri musiqidə və poeziya-musiqi əlaqələri problemi
  3. Mirzə Şəfi Azərbaycan boyakarlığında və klassik irsin incəsənətdə əksi problemləri
  4. Mirzə Şəfinin ədəbi mirası və mətnşünaslıqda atribusiya məsələləri
  5. Mirzə Şəfi irsinin poetikası və ədəbi məclislər ənənəsi

Məqalənin tərtib olunma qaydaları:

  • Mətn Microsoft Word redaktorunda (.doc, .docx) təqdim edilməlidir;
  • Məqalənin mətni Azərbaycan, rus və ingilis dillərində açar sözlər, xülasə və ədəbiyyat siyahısı daxil olmaqla 3-5 səhifəhəcmində olmalıdır;
  • Məqalə Times New Roman- 12 ppt şrifti ilə, sətirlərarası interval – 1,5 olmaqla yazılmalıdır;
  • Yuxarı sağ küncdə kiçik və tünd şriftlə müəllifin adı, soyadı, ondan altda kiçik və adi şriftlə elmi dərəcəsi (varsa), elmi adı (varsa), iş yeri, elektron ünvanı və əlaqə nömrəsi göstərilməlidir;
  • Məqalənin adı ortada böyük və tünd şriftlə verilməlidir;
  • Məqalənin mətni Azərbaycan dilində yazılarsa ingilis dilində xülasə, ingilis dilində yazılarsa Azərbaycan dilində xülasə; rus dilində yazılarsa Azərbaycan və ingilis dillərində xülasə tələb olunur;
  • Məqalənin müxtəlif dillərdə olan xülasələri bir-birinin eyni olmalı, məqalənin məzmununa uyğun yazılmalıdır. Xülasədə müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. öz əksini tapmalıdır. Hər bir xülasədə müəllifin tam adı göstərilməli, həmçinin məqalənin adı tərcümə edilməldir.Xülasələr 50-100 sözdən ibarət olmalıdır;
  • Mətnin əvvəlində məqalənin və xülasələrin yazıldığı dillərə müvafiq olaraq minimum 5 açar söz göstərilməlidir;
  • Ədəbiyyat siyahısı əlifba ardıcıllığı ilə olmalı, AAK-nın tələblərinə uyğun tərtib edilməli, məqalədə istinadlar düz mötərizə daxilində verilməlidir (məs: [5, s.12]).

Mətnin səhifə parametrləri aşağıdakı şəkildə olmalıdır:

Sağ tərəf -1sm

Sol tərəf – 3sm

Aşağı hissə – 2 sm

Yuxarı hissə – 2sm 

Məqalələrin qəbul olunması üçün son tarix: 01 avqust 2024-cü il

Təşkilat komitəsi məqalələrin mətnində düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.

Təşkilat komitəsi ilə əlaqə:

Ünvan: AZ1001, Azərbaycan Respublikası, Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 53

Tel.: (+994 12) 505 53 14

E-mail: nizamimuzeyikonfrans@mail.ru

science.gov.az