Azərbaycan dövləti bütün diaspor təşkilatlarımızın dayağıdır
Ölkəmizdə otuz ildən artıq müddətdə aparılan islahatlar, dövlət quruculuğu, sosial tərəqqi, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatın gündən-günə yaxşılaşması dövlətimiz tərəfindən aparılan məqsədyönlü siyasətin nəticəsi ilə sıx bağlıdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra iqtisadi sektorda sabit və daima inkişaf indikatorlarına sahib müstəqil ölkə kimi iqtisadi inkişaf doktrinasını prioritet hədəfə qoymuşdur.
Məlum olduğu kimi hər bir demokratik ölkənin müstəqilliyinin dayaq sütunlarının olması əsas şərtlərdən biridir. Belə ki, milli-ideoloji prinsiplərə əsaslanan, müstəqil dövlətçilik ənənəsini formalaşdıran liderə olan ehtiyac qaçınılmazdır. Məhz 1993-cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev qeyd olunan əsas prinsiplərin bansi olmuşdur. Bütün bunlar Ulu öndərin əvəz olunmaz şəxsiyyəti və təcrübəsinin bəhrəsidir. O, ölkəmizin iqtisadiyyatını, xalqın rifahnı, elm inkişafını qısa zaman dilimində respublikalar arasında öndə gedən ölkələr sırasına çıxartmağa nail oldu.
Bu gün Azərbaycan nəinki Post Sovet dövlətləri, dünyanın bir çox inkişaf etmiş dövlətlərindən biridir. Bu da Azərbaycan Respublikasının Prezidenti – Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının səmərəli və uğurlu idarəçilik fəaliyyətinin nəticəsində olmuşdur. Prezident İlham Əliyev çıxışlarının birində: “Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz.”
Qeyd olunduğu kimi, uzun illərdir Azərbaycan diasporası və təşkilatları durmadan inkişaf edir və ölkəmizin haqq səsini dünya ictimaiyyətinə çatdırır. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların çağırışları və müraciətləri sayəsində dünya ictimaiyyətinə düzgün informasiya verilir. Bu da Diasporla İş üzrə Dövlət Komitəsinin məhsuldar fəaliyyətinin nəticəsidir.
Fikrimcə, Diasporla İş üzrə Dövlət Komitəsi qurumu olaraq müxtəlif ölkələrdə yaşıyan soydaşlarımıza və onların yaratdığı təşkilatlara “biz sizin yanınızdayıq” mesajını verdiyi üçün onların fəaliyyəti daha məhsuldar olur. Yeri gəlmişkən bir xatirəmi sizinlə paylaşmaq istəyirəm. Bir neçə il bundan öncə Rusiya Federasiyasının Ryazan vilayətində səfərdə olarkən bizim diaspora təşkilatlarımızın erməni yalanlarını necə ifşa etdiyinin canlı şahidi oldum. Həmin diaspora təşkilatlarımızın əlində Diasporla İş üzrə Dövlət Komitəsinin göndərdiyi kitab, buklet və flayerlərin nə qədər faydalı olduğunu gördüm. Göndərilən kitab, buklet və flayerlərdə Azərbaycan həqiqətlərinin tarixi və erməni iddialarının nə qədər əsassız olduğu qeyd olunmuşdur. Bu məni bir azərbaycanlı kimi çox sevindirdi. Dünyada baş verən hadisələr bir daha sübut edir ki, fəaliyyətimiz mütəmadi olaraq təbliğat-təşviqatdan ibarət olmalıdır.
Düşünürəm ki, diaspor təşkilatlarımız ölkəmizə qarrşı hər cür təxribatın qarşısının alınmasında aktiv olmalıdır. Dünya azərbaycanlıları və diaspor təşkilatlarımız bizim haqq işimizin əsas müdafiəçisi kimi daim fəaliyyət göstərməlidir. Bu istiqamətdə görülən hər bir iş, hər hansı bir addım xalqımızın xeyrinə olacaqdır. Unutmaq olmaz ki, qloballaşan dünyada informasiya mübadiləsi mühüm rol oynayır və onun əhəmiyyəti getdikcə artmaqda davam edir. Kompüter texnologiyalarının sürətli inkişafına yol açan informasiya mübadiləsi haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması istiqamətində əsas silahlardan biri olmalıdır. Yeri gəlmişkən məni narahat edən bir məsələni də xüsusi olaraq vurğulamaq istəyirəm. Bizim diaspora təşkilatlarımızın bir çoxunun Web saytlarının olmaması məni çox narahat edir. İnanırma ki, bu məsələ yaxın vaxtlarda öz həllini tapacaqdır.
Bütün diaspora təşkilatlatlarımız bilməlidirlər ki, gündən-günə güclənən Azərbaycan Respublikası onların dayağıdır. Sözlərimi İlham Əliyev cənablarının diaspora təşkilatlarımıza verdiyi bir tövsiyyə ilə bitirmək istəyirəm.
Cənab Prezident Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında bu barədə deyib: “Diaspor təşkilatlarının fəaliyyəti daim diqqət mərkəzindədir. Bu gün mən diaspor təşkilatlarının gələcək fəaliyyəti ilə bağlı bəzi fikirlərimi bildirmək istəyirəm. İlk növbədə əlbəttə, biz istəyirik ki, dünyada yaşayan azərbaycanlılar öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməsinlər. Daim əlaqədə olsunlar, Azərbaycan ilə bağlı olsunlar. Beləliklə, onlar özlərini daha da rahat hiss edəcəklər. Belə olan halda Azərbaycan dövləti onlara daha da böyük dəstək verə biləcək.”
Orxan ORUCOV,
politoloq, Beynəlxalq Diaspora Mərkəzinin Müşaviri.