AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Qarabağ və Şərqi Zəngəzur üzrə Regional Kompleks Seysmoloji Monitorinq Mərkəzi yaradılacaq

Qarabağ və Şərqi Zəngəzur üzrə Regional Kompleks Seysmoloji Monitorinq Mərkəzi yaradılacaq.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında məlumat verilib.

Bildirilib ki, Mərkəzin Türkiyə Respublikası DİN-nin Fəlakət və Fövqəladə Halların İdarə olunması (AFAD) Zəlzələ və Risklərin azaldılması İdarəsi ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin birlikdə inşa etdiyi Şuşa-Daşaltı Dərin Quyu Seysmik Stansiyasının bazasında yaradılması nəzərdə tutulur.