Türkiyə-İraq münasibətlərində yeni dövr başlayır
Enerji qaynaqları baxımından çox zəngin ölkə olan İraq ABŞ-ın işğalı ilə başlayan prosesdən sonra sabitliyə nail olmaqda böyük çətinlik yaşayır.
Enerji qaynaqları baxımından çox zəngin ölkə olan İraq ABŞ-ın işğalı ilə başlayan prosesdən sonra sabitliyə nail olmaqda böyük çətinlik yaşayır. Xüsusilə enerji resurslarının ixracı ilə bağlı yerli aktorlar arasında böyük problemlər var.
Ölkənin qərbində yerləşən Suriyada vətəndaş müharibəsi gedir. Bu sәbәbdәn bu ölkә ilә ticarәt sahәsindә әmәkdaşlıq edә bilmir. İraqın xüsusilə dünyaya açılmaq üçün müraciət edə biləcəyi yeganə ölkə Türkiyədir.
Türkiyə-İraq əlaqələri son zamanlar inkişaf edir. Əvvəlcə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının rәhbәri İbrahim Kalın Bağdadda həmkarları ilə görüşlər keçirib. Daha sonra isə Prezident Rəcəb Tayyib Ərdoğan Bağdada səfər edib. Onlarla müqavilə imzalanıb. Konkret əməkdaşlığın sistemli olması üçün komissiyaların yaradılması qərara alınıb.
İraq nümayəndə heyəti bu yaxınlarda konkret əməkdaşlıq sisteminin qurulması üçün Türkiyəyə səfər edib. Nümayəndə heyətinə İraq baş nazirinin müavini və xarici işlər naziri Fuat Hüseyn rәhbәrlik edib.
Türkiyə-İraq Yüksək Səviyyəli Təhlükəsizlik Mexanizminin 4-cü iclasının ən mühüm nəticəsi iki ölkə arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq və terrorla mübarizə mövzusunda anlaşma memorandumunun imzalanması olub.
Bu çәrçivәdә Bağdadda Türkiyə və İraq arasında Birgə Təhlükəsizlik Mərkəzi, Başikada isə terrorla mübarizə üçün Ortaq Təlim və Əməkdaşlıq Mərkəzi yaradılacaq.
Diplomatik mənbələr Türkiyə və İraqın Bağdadda Birgə Təhlükəsizlik Mərkəzi və Başikada Ortaq Təlim və Əməkdaşlıq Mərkəzi yaradacaqlarını bildirib.
Mənbələr bu mərkəzlərin iki ölkənin terrorla, xüsusilə terror təşkilatı PKK ilə mübarizədə birgə fəaliyyət göstərməsinə şərait yaradacağını qeyd edib.
Görüşdən sonra xarici işlər naziri Hakan Fidan və iraqlı həmkarı Fuat Hüseyn birgә mәtbuat konfransında çıxış ediblәr. Tərəflər iki ölkə arasında imzalanmış sazişin tarixi әhәmiyyәt kәsb etdiyini bildirib.
Nazir Hakan Fidan İraqla tarixi əlaqələri daha da inkişaf etdirmәk üçün strateji səviyyədə qәbul edilәn qərarları icra etməyə davam etdiklərini ifadə edərək, İraqla bağlı mühüm işlərin həyata keçirildiyini deyib.
Türkiyə və İraqın iki ölkə liderlərinin irəli sürdüyü iradənin zəruriliyini nümayiş etdirmək üçün böyük irəliləyiş əldə etdiyini vurğulayan Hakan Fidan İraqda terror təşkilatı PKK ilə bağlı məlumatlılığın artdığını müşahidә etdiklәrini bildirib.
Sözügedən saziş terrorla mübarizədə sistematik birgə fəaliyyətin müəyyən edilməsi kimi görülsə də, bundan daha vacibdir. Çünki terror təşkilatı PKK ilə mübarizə iki ölkə münasibətlərinə ən çox təsir edən məsələlərdən biridir. Qeyd etmәliyik ki, təşkilatın İraqın şimalındakı mövcudluğuna son qoyulması iki ölkə arasında böyük imkanlar yaradacaq.
İraq son dövrdə Türkiyə ilə həyata keçirəcək ‘’Fav limanı vә İnkişaf yolu’’ layihəsinə böyük əhəmiyyət verir.
‘’İnkişaf yolu’’ layihəsi çәrçivәsindә 1200 kilometrlik dəmir yolu və avtomobil yolunun salınması nәzәrdә tutulur.
Beləliklə, Türkiyənin İskəndərun limanı və Fars körfəzindəki Fav limanı həm dəmir yolu, həm də avtomobil yolu ilə bir-birinə bağlanacaq. Layihə Avropa İttifaqından tutmuş Körfəz regionu ölkələrinə qədər çox böyük bir bölgəni əhatə edəcək.
Belәliklә Körfəz ölkələrindən, eləcə də İraqdan qazın Avropaya nəqli daha az vaxt aparacaq. Layihә Türkiyənin “enerji mərkəzi” planına da böyük töhfə verəcək.Türkiyə İraqın enerji qaynaqlarının dünya bazarlarına çatdırılması mövzusunda daha aktiv rol oynayacaq.”İnkişaf yolu” layihəsi də Qırmızı dənizdə baş verən hadisələrdən sonra Süveyş kanalının əsas rəqibi olacaq.
İraqın sübut edilmiş neft ehtiyatlarının təxminən 145 milyard barel olduğu təxmin edilir.
Ölkə dünya neft ehtiyatlarının təxminən 8 faizinə malikdir. İraq nefti keyfiyyətinə görə dünyada ən ucuz neftlərdən biridir.
Kərkük-Ceyhan neft kәmәrinin illik nəql gücü 70 milyon bareldən çoxdur. Qarşıdakı dövrdə xəttin ötürmə qabiliyyəti də genişləndiriləcək.
Bildirilir ki, ‘’İnkişaf yolu’’ layihəsi ilə yanaşı, yeni enerji ötürücü xətlərin çəkilməsi də gündəmdədir.
Türkiyə ilə İraq arasındakı ticarət həcmi ildə 25 milyard dollar civarındadır. Tərəflər arasında artan dialoqla həcmin daha da artırılması planlaşdırılır.
https://www.trt.net.tr/