ELMİ DİİASPORA AA

Cəbrayıllılar öz yurdlarına dönürlər

Prezident İlham Əliyev Cəbrayıla səfərlərində orada saysız obyektlərin açılışında iştirak edib

Bu gün cəbrayıllılar çox unudulmaz fəxrli anlar yaşayırlar. Çünki artıq onlar erməni işğalından azad olunmuş öz ata-baba yurdlarına dönüblər. 30 ildən artıq müddətdə Cəbrayılın həsrətində yaşayanlar, cəbrayıllı olub, amma Cəbrayılda dünyaya gəlməyən gənclər öz yurdlarına dönürlər. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı cari ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. İlkin olaraq Cəbrayıl şəhərinə 36 ailə – 117 nəfər köçürülüb. Cəbrayıllılar bu torpaqların yerli və əzəli sakinləri olduqlarını bununla bir daha göstərirlər. Eyni zamanda  Azərbaycanın Ali Baş Komadanına, milli ordumuza minnətdarıqlarını bildirirlər. Çünki Cəbrayıl rayonunun sakinləri 27 il yurd həsrəti çəkmişdirlər. 1993-cü ilin 23 avqsutunda Ermənistan tərəfindən Cəbrayıl rayonu işğal oluduqdan sonra onlar qaçqın və məcburi köçkün olmuşdurlar. 44 günlük Vətən müharibəsi zamanı əldə oluna şanlı Qələbə ilə bu həsrətə son qoyulub. Oktyabrın 4-də Cəbrayılın işğaldan azad olunması, digər rayonların da işğaldan azad olunmasına bir yol açdı. Bugün Cəbrayıl rayonunda Azərbaycan Ordusunun əsgərləri keşik çəkir.

Hazırda Cəbrayılın  mərkəzi meydanında Azərbaycanın dövlət bayrağı dalğalanır. Azərbaycanın Prezidenti İlham Əliyev Cəbrayıla ilk səfərində bu meydanda dövlət bayrağımız qaldırmışdır. Ədbəttə ki, hər işğaldan azad olunan rayonda belə Azərbaycan bayrağının qaldırılması bizim üçün çox böyük qürur hissidir.

Azərbaycan ordusunun əsgərləri Cəbrayılın işğaldan azad olunması yolunda çox böyük şücaət göstərmişdi və dövlətimiz tərəfindən bu rayon uğrunda döyüşənlərin əməyi qiymətləndirilmişdir. Onlarla bağlı medal təhsis  edilmişdi. Belə ki, 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis olunmuşdur. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Bu, Azərbaycan dövlətinin öz əsgərinə, ordusuna, vətəndaşlarında verdiyi əməyin  əyani təcəssümüdür. Sözün həqiqi mənasında bu torpaq uğrunda  döyüşənlərə dövlətimiz tərəfindən diqqət olunur. Əlbəttə ki, Cəbrayılın  azad olunması uğrunda da şəhidlərimiz oldu. Allah o şəhidlərimizə rəhmət etsin, qazilərimizə isə Allahdan şəfa diləyirik. Amma bütün hallarda bu torpağın uğrunda  döyüşənlər hər zaman dövlətimizin nəzər, diqqətindədir.

Lakin erməni vandalizmi Cəbrayıl rayonundan da yan keçməyib. Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır. Bütün bunara baxmayaraq hazırda Cəbrayıl rayonu da yenidən qurulur, bərpa edilir. Cəbrayıl rayonunda aparılan quruculuq işləri Azərbaycan Prezidenti İlham Əliyevin diqqətindədir. Ölkəmizin başçısı Cəbrayıla səfərlərində orada saysız obyektlərin açılışında iştirak edib. Prezident İlham Əliyev 04 oktyabr 2021-ci ildə Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyub. Dövlətimizn başçısı cəbrayıllılarla müzəffər Ordumuzun Qələbəsindən sonra ilk dəfə həmin gün görüşüb. Cənab Prezident oktyabrın 4-də Azərbaycan Ordusu tərəfindən Cəbrayıl şəhərinin işğalçılardan azad olunduğu şanlı tarixi birlikdə qeyd edib. Görüşdə geniş çıxış edən Prezident İlham Əliyev oktyabrın 4-də cəbrayıllıları və bütün Azərbaycan xalqını “Cəbrayıl şəhəri azad edilmişdir!” xoş müjdəsi ilə sevindirdiyini xatırladıb: “Bir il bundan əvvəlki dövrə qayıtsaq Qələbəmizin əzəmətini bir daha görərik. Çünki müharibə getdiyi zaman, əlbəttə, bizim gündəlik fəaliyyətimiz qələbəni möhkəmləndirmək, işğal edilmiş bütün torpaqları azad etməkdən ibarət idi. Yəni, əldə edilmiş uğurları təhlil etmək üçün heç vaxt yox idi və buna heç gərək də yox idi. Amma bu gün müharibədən və Cəbrayılın azad olunmasından bir il keçməsindən sonra bunu daha dəqiq və aydın təhlil edərkən görürük ki, bu Qələbənin çox böyük əhəmiyyəti olmuşdur. Eyni zamanda, məhz burada, bu ərazidə düşmən bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Bizim əsgər və zabitlərimiz, sözün əsl mənasında, ölümə gedirdilər. Biz şəhidlərimizin canı-qanı bahasına öz doğma torpaqlarımıza qayıtmışıq. Fürsətdən istifadə edərək bir daha əziz şəhidlərimizin xatirəsini yad etmək istəyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Həmin gün Cəbrayıl şəhərinin baş planının təqdimatı olub və bundan sonra rayonda fəal işlər başlanılıb. Və hazırda bütün bu işlər artıq şəhərin baş planına əsasən aparılır. Baş plana əsasən Böyük Mərcanlı kəndin ümumi sahəsi 362 hektar təşkil edir. 2040-cı ilədək 6230 nəfər əhali üçün 1074 fərdi ev və bir neçə mərtəbəli yaşayış binaları layihələndirilib. Böyük Mərcanlı kəndində əhalinin tələbatına uyğun olaraq iki məktəb və beş uşaq bağçası inşa olunacaq. 2026-cı ilədək dövrü əhatə edən “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi 41 hektardır. Bu mərhələdə Böyük Mərcanlıya 542 nəfərin köçürülməsi üçün 149 fərdi ev tikiləcək. İnşa ediləcək evlər iki, üç, dörd və beş otaqlı olacaq.

Cəbrayıllılar artıq 4 oktyabr – Cəbrayıl şəhəri gününü elə Cəbrayılda qeyd edirlər. Bu da hər bir soydaşımız üçün çox böyük bir fəxrdir. Bununla bağlı Azərbaycanın müxtəlif yerlərində, xüsusən də Cəbrayılda bayram tədbirləri keçirilir. Biz şanlı Qələbəmizin sevincini böyük qürur hissi ilə yaşayırıq.

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi