ELM VƏ TƏHSİL

“İşığın izində” – Fatimə Ömərovanın İlk Fərdi Yaradıcılıq Sərgisi

elminfo.az xəbər verir ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dekorativ tətbiqi sənət fakültəsinin Bədii toxuculuq ixtisası üzrə 4-cü kurs tələbəsi Fatimə Ömərova Seymur qızının “İşığın izində” adlı ilk fərdi yaradıcılıq sərgisi 27 aprel saat 12:00-da Beynəlxalq Qalereyada keçiriləcək.

Layihə rəhbəri Aygün Əzizovanın rəhbərliyi ilə ərsəyə gələn bu sərgidə gənc sənətçinin işıq, rəng və toxuma ilə qurduğu incə harmoniyanı əks etdirən əsərləri nümayiş olunacaq. Sənətsevərləri bu özəl gündə yaradıcılıqla dolu bir atmosferə dəvət edirik.