“Əliyev dedi ki, sən qəhvəni hazırla…” – Surenyants
Xəbər verdiyimiz kimi, Albaniyada keçirilən Avropa Siyasi Birliyi Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Sözügedən görüşdə Əliyev və Paşinyan arasındakı qısa dialoq erməni ictimaiyyətində müzakirələrə səbəb olub.
Turkustan.az xəbər verir ki, erməni politoloq Suren Surenyants Paşinyanın Əliyevin qarşısında “heyran pozada” dayanmasını tənqid edib.
“Təəssürat belə idi ki, sanki Əliyev demək istəyirdi: sən qəhvəni hazırla, mən gələrəm. Onun cavabı təxminən bu tonda idi.
Paşinyan harada olur-olsun, daim miskin, özünəinamdan məhrum bir obraz yaradır və təəssüf ki, bugünkü Ermənistanı məhz o təmsil edir”, – S.Surenyants qeyd edib./Globalinfo.az
Mənbə: Turkustan.Az