GÜNDƏM

ATƏT Müşahidə Missiyası Rumıniyada seçki prosesini izləyir

Bu gün Rumıniyada prezident seçkilərinin ikinci turu keçirilir.

Bununla bağlı Manset.az-a ATƏT Parlament Assambleyasının Beynəlxalq Müşahidə Missiyasının üzvü Azay Quliyev bildirib.

“Səsvermə prosesini müşahidə etmək məqsədilə Buxarestdə yerləşən ondan çox seçki məntəqəsini ziyarət etdik. Məntəqələrdə səsvermənin təşkili, seçicilərin qeydiyyatı, şəffaflıq və prosedurlara riayət olunması kimi əsas aspektlər diqqətlə izlənildi”.

A.Quliyev qeyd edib ki, müşahidə missiyasının əsas məqsədi seçkilərin ATƏT standartlarına, milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə uyğun şəkildə keçirilib-keçirilmədiyini qiymətləndirməkdir:

“Nəticələrlə bağlı yekun qiymətləndirmə seçki prosesinin tam başa çatmasından sonra veriləcək”.









Mənbə: Turkustan.Az