I və IV qrupların nəticələri nə vaxt açıqlanacaq?
Dövlət İmtahan Mərkəzi (DİN) II və III ixtisas qrupları üzrə 25 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticələrini ötən həftənin çərşənbə günü – 11 iyun tarixində elan edib. I və IV qruplar üzrə qəbul imtahanı isə iyunun 1-də keçirilib.
Modern.az-ın məlumatına görə, I və IV ixtisas qrupları üzrə nəticələrin də bu həftə ərzində açıqlanması gözlənilir.
Nəticələrin dəqiq hansı gün elan ediləcəyi hələlik bəlli olmasa da, prosesin 20 iyun – cümə gününə qədər yekunlaşacağı ehtimal edilir.
Məlumat üçün bildirək ki, əvvəlki illərin təcrübəsinə əsasən qəbul imtahanlarının nəticələri təxminən 14 gün ərzində açıqlanıb. Lakin bu il iyunun 16-sı – bazar ertəsi qeyri-iş günü olduğundan nəticələrin bir qədər gecikməsi mümkündür. Bu səbəbdən II və III qrupların nəticələrindən fərqli olaraq, I və IV qrupların nəticələrinin 4-cü gün elan olunması istisna edilmir.
Mənbə: BakuPlus.Az