ELMİ ANONSLAR

Təhsil İnstitutu: Sertifikasiya imtahanına asan suallar salınması təsadüfi deyil

Sertifikasiya imtahanına asan sualların salınmasının məqsədi nə qədər müəllimin bunu bilməsini öyrənmək deyil.

“Report” xəbər verir ki, bunu Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hələ də bu cür sualları bilməyən müəllimlər var:

“Biz istəsək də, istəməsək də suallar asan, orta və çətin olaraq bölünməlidir. Çətin suallar mütləq olmalıdır. Onlar olmasa, ən yaxşıları təyin etmək mümkün olmaz. Bu imtahanlardan sonra biləcəyik ki, kim mentor və metodist ola bilər”.

Mənbə: Report.Az