ELMİ ANONSLAR

Rektor: Bu gün UNEC-də müəllimlərin 7-8 min manat maaş alması realdır

Bu gün UNEC-də müəllimlərin 7-8 min manat maaş alması realdır.

“Report” xəbər verir ki, bunu UNEC-in rektoru Ədalət Muradov universitetin 95 illik yubileyi münasibətilə keçirilən tədbirdə deyib.

O vurğulayıb ki, ali təhsil müəssisəsinin ən böyük hədəfi dünyanın ən yaxşı 500 univeristeti siyahısına düşməkdir:

“Universitetdə rəqabət mühiti yarada bilmişik. Müəllimlərin maaşı differensial qayda ilə hesabalanaraq ödənilir. Bunu da müəllimlərin reytinqi sistemi əsasında müəyyən edirik. Bununla bağlı xüsusi proqram təminatımız var. Reytinqdə ilk onluqda olan müəllimlərin əmək haqqı 2 dəfə, 11-dən 30-a qədər yer tutanların 70 faizi qədər artırıla bilir. Bu gün universitetdə reytinqdə yer alan müəllimlərin 7-8 min manat maaş alması realdır. Biz müəllimlərin rəqabətini stimullaşdırmaq üçün onlar arasında tədqiqatçı statusunu tətbiq etməyə başladıq. Bizim özəlliyimiz ondadır ki, regionda ilk dəfə rəqəmsal univerisitet modelini reallaşdıra bildik”.

Mənbə: Report.Az