ELMİ ANONSLAR

İsa Həbibbəyli: Türkiyə ilə bir akademiya — iki rəhbər prinsipilə əməkdaşlıq edirik

Azərbaycanın və Türkiyənin milli elmlər akademiyaları bir akademiya — iki rəhbər prinsipilə əməkdaşlıq edirlər.

Bunu “Report”un Türkiyə bürosuna AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Ankara Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illiyilə əlaqədar keçirilmiş tədbirdən sonra söyləyib.

O deyib ki, Akademiyanın 80 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamdan sonra AMEA-da qərbi azərbaycanlılar, türk dünyası və süni intellektlə bağlı araşdırmalar, elmi tədqiqat işləri aparılıb və Türkiyə ilə əməkdaşlıq genişlənib:

“Bu gün Ankara Universitetinin bu Senato salonunda akademiyamızın yubiley tədbirinin keçirilməsi, Azərbaycan ilə Türkiyə universitetləri, elmi qurumları arasında yaxınlığın artması genişlənən əməkdaşlığın nümunəsidir”.

AMEA-nın dünyanın ən böyük elmi müəssisələrindən biri olduğunu vurğulayan akademik başçılıq etdiyi elmi müəssisənin önəmli araşdırmalara imza atığını da qeyd edib: “Akademiya xalqımızın intellektual səviyyəsinin artırılmasına xidmət edir. Yenilikçi elm adamları bu müəssisədə yetişib və yetişməkdə də davam edir”.

Mənbə: Report.Az