ELMİ ANONSLAR

Peşə tanınması ilə bağlı keçirilmiş imtahanda 61 namizəd keçid balını toplayıb

Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xaricdə əldə edilmiş kvalifikasiyaların peşə tanınması ilə bağlı keçirilmiş imtahanda 61 namizəd keçid balını toplayıb.

“Report” xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb.

Qeyd edilib ki, ümumilikdə imtahanda iştirrak üçün 295 nəfər qeydiyyatdan keçib. Lakin onlardan 240 nəfər imtahanda iştirak edib.

Mənbə: Report.Az