ELMİ DİİASPORA AA

Qarabağdakı müharibədən sonra Kanadaya verilən ciddi dərs| CATS daha təkmil xüsusiyyətlərə malik CATS+ oldu!

Türkiyənin zərbə tipli Pilotsuz Uçuş Aparatlarının (PUA) əməliyyat müstəqilliyi üçün ən kritik məhsullardan biri olan PUA kameralarında, yəni ISR gimbal sistemlərində yeni bir inkişaf yaşanıb. Bu çərçivədə ASELSAN tərəfindən hazırlanan CATS-in təkmil versiyası olan CATS+-un xüsusiyyətləri açıqlanıb.

 

ASELSAN tərəfindən hazırlanan CATS (Common Aperture Targeting System), PUA-lar, helikopterlər və təyyarələr də daxil olmaqla, sabit qanadlı və ya kvadrokopter tipli hava platformaları üçün hazırlanan yüksək performanslı elektro-optik kəşfiyyat, müşahidə və hədəfləmə sistemidir. Sistem çoxlu optik kanalları bir kanalda birləşdirən multispektral optik diafraqma sayəsində əlverişsiz hava şəraitində belə ölçü və çəki artırmadan yüksək mənzil və görüntüləmə performasına malikdir.

CATS+ “HD Day Tv” Kamerasında olan sensor ayırdetmə qabiliyyətinin təkmilləşdirilməsi ilə seçilir. Bu kontekstdə CATS-də kamera 1920 × 1080 təsvir ölçüsünə malik olduğu halda, CATS +-da bu rəqəm 4096 × 2880-dir. Bundan əlavə, CATS+ Termal və “Day Tv” görüntüləmə kanallarında Süni Zəkaya (SZ) əsaslanan görüntü işləmə həllərini ehtiva edir.

Türkiyənin elektro-optik sistem macərası

Türkiyə Kanada ilə elektro-optik sistemlərin tədarükü üzərində işləyirdi. Lakin Kanada Suriyada terror dəhlizinin yaranmasının qarşısını almaq üçün Türkiyənin 2019-cu il oktyabrın 9-da başlatdığı “Sülh çeşməsi əməliyyatı”na görə silah embarqosu tətbiq etməyə başlayıb. Müvafiq silah embarqosu Türkiyəyə elektro-optik sistemlərin tədarükünə də təsir edib. 2020-ci ilin aprel ayında bu embarqo qeyri-müəyyən müddətə uzadıldı. 2020-ci ilin iyun ayına kimi müxtəlif diplomatik təşəbbüslərdən sonra PUA-larda istifadə olunan elektro-optik sistemlərə qoyulan embarqo aradan qaldırıldı.

Lakin “Bayraktar TB2”lər Azərbaycan tərəfindən Ermənistana qarşı işğal olunmuş torpaqları azad etmək üçün istifadə edildikdən sonra Kanada yenidən embarqoya qərar verdi. Kanadanın “Wescam” şirkətinin “Anka” və “Bayraktar TB2”lərdə istifadə edilən MX-15D sisteminə tətbiq etdiyi embarqodan sonra yerli CATS kameralarının kütləvi istehsala keçəcəyi açıqlandı.


2024-cü il yanvarın 30-da Kanadanın Türkiyəyə tətbiq etdiyi embarqo təxminən 3 ildən sonra aradan qaldırıldı. Türkiyə bəzi PUA-larda istifadə etmək üçün Kanadanın “Wescam” şirkətindən elektro-optik kamera sistemi alırdı. Hələ rəsmi embarqodan əvvəl gizli embarqo altında olan Türkiyə elektro-optik kameraların tədarükü ilə bağlı müxtəlif təşəbbüslərlə çıxış edib və yerli elektro-optik kamera istehsalı ilə bağlı işləri sürətləndirib. Bu çərçivədə ASELSAN-ın baş direktoru Ahmet Akyol rəsmi “X” hesabında 2023-cü ildəki inkişafları paylaşıb və ASELFLIR-500 kamerasının kütləvi istehsalı mərhələsinin başladığını açıqlayıb.

Ümumi Xüsusiyyətlər

220 mm Çaplı Ümumi Optik Diafraqma
IR, “HD Day TV”, DI-NIR Kameraların Dar Baxış Sahəsi və Çox Dar Baxış Sahəsi Üçün Çox Böyük Optik Diafraqma
Daha Böyük Optik Diafraqma Sayəsində Alınan Daha Çox İşıqla Daha Yaxşı Görüntü Keyfiyyəti və Daha Uzun Mənzil
Kiçik və Yüngül Sistem
Termal və “Day Tv” Görüntüləmə Kanallarında SZ-yə Əsaslanan Görüntü İşləmə Həlləri
Tək Bir “Xətdə Dəyişdirilə Bilən Bölmə”
Üstün Mənzil Performansı
Yüksək Performanslı IR Kamera
Həqiqi “Full High Definition” (4096×2880 sensor həlli) “HD Day TV” Kamera Rəqəmsal Böyütmə Tətbiq Olunmayan 1920x1080p Video Çıxışı
Aşağı İşıqlı NIR (DI-NIR) Kamera
IR, “HD Day TV” və DI-NIR Kameralar üçün Ümumi Baxış Bucaqları
Lazer Hədəf İşarələyici və Məsafəölçən
Lazer Nöqtələyici və Aydınlaşdırıcı
Daxili Sensor Düzləşdirmə Bölməsi
Bütün Rəqəmsal Video İşləmə Xətti
Qabaqcıl Görüntü İşləmə
Çoxlu Hədəf İzləmə
Dəqiq Hədəf Yerini Müəyyənləşdirmə
Hərəkət Edən Hədəfin İstiqamətini və Sürətini Müəyyənləşdirmə
Ətalətli Ölçmə Vahidi
Dəqiq Stabilizasiya
Platforma ilə Avtomatik Düzləşdirmə
Yüksək Hündürlüklərdəki Çox Aşağı Temperaturlarda İşləmə

Sevinc Əliyeva
Ordu.az