Zelenskidən etiraf: “ABŞ yardım etmədiyi təqdirdə…”
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın Kiyevə yardım göstərməyəcəyi təqdirdə ehtiyat planının olmadığını etiraf edib.
Elminfo.az Turkustan.az-a istinadən xəbər verir ki, Ukrayna liderindən Fox News jurnalistləri onun B planının olub-olmadığını soruşub. Zelenski bildirib ki:
“Oxşar bir şey tapmalı olacağıq, sağ qalmalıyıq”, – deyə Zelenski bildirib. O əlavə edib ki, Qərbin köməyi olmasa, Ukrayna qoşunları getdikcə daha çox itki verəcək.
Vaşinqtonun da ehtiyat planı yoxdur. ABŞ-ın vitse-prezidenti Kamala Harris bəyan edib ki, Ukraynaya yardım göstərmək üçün yalnız “A” planı var. Amma onun həyata keçirilməsində problemlər ola bilər.
Bundan əvvəl ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95 milyard dollar məbləğində yardımın ayrılması haqqında qanun layihəsini təsdiqləyib. Onların 60 milyardı Kiyevə getməlidir, Ağ Ev qərara aldı. Bununla belə, qanun layihəsi hələ də Nümayəndələr Palatasında nəzərdən keçirilməlidir. Lakin orada çoxluğu təşkil edən respublikaçılar belə bir təşəbbüsə qarşı çıxırlar. Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, Konqresin qanun layihəsini qəbul etmək niyyəti yoxdur.
Eltac Zülfüqaroğlu/Turkustan.az