ELMİ DİİASPORA AA

“Qurana and içmişəm ki, onun ölüm hökmünü özüm çıxaracağam”

Hakimlik bəlkə də yeganə vəzifədir ki, qanunların aliliyi ilə bağlı qərarların qəbulu həm də onun vicdan və ədalətinə buraxılır.

Elminfo.az Turkustan.az-a istinadən  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

Deputat özünün işlədiyi dövrlərdən danışıb:

“Biz işləyən zaman qərar qəbul etmişdi ki, heç bir hakim məruzə etməyəcək. Qanuna uyğun, ədalət və vicdanla məsələni həll etməlidir. Hətta o vaxt ölüm hökmü var idi. Demişəm ki, kim qanunu pozub rüşvət alacaqsa, and içirəm qurana, ölüm hökmünü onun haqqında özüm çıxaracam”. (publika.az)