Abbasov Rahib Yusif oğlu
Soyadı, Adı, Atasının adı | Abbasov Rahib Yusif oğlu |
Təvəllüdü | 23.02.1939 |
Anadan olduğu yer | Ermənistan SSR, Yerevan şəhəri |
Bitirdiyi ali təhsil müəssisəsi | N. Nərimanov adına Azərbaycan Tibb İnstitutu (indiki Azərbaycan Tibb Universiteti), Müalicə-diaqnostika fakültəsi (1962) |
Yaşadığı ölkə | Rusiya |
Əsas iş yeri və ünvanı | “Поэма Здоровья” ailə klinikasının klinik rəhbəri və Elmi-Tədqiqat Sənaye və Dəniz Təbabəti İnstitutunun peşə patologiyası mərkəzinin tibbi ekspert komissiyasının sədri |
Elmi sahəsi | Tibb elmləri |
Əsas elmi nailiyyətləri | Tibb elmləri üzrə fəlsəfə doktoru, alim-terapevt;
Ekstremal və ailə tibbi sahəsində mütəxəssis; İnsana müxtəlif növ fiziki və kimyəvi amillərin təsiri zamanı mədəaltı vəzin gizli fəaliyyətinin funksional vəziyyəti ilə bağlı araşdırmalar aparmışdır; Dünyada ilk dəfə mədəaltı vəzin xarici sekretor fəaliyyətinin vəziyyətinin ekstremal təsirlərdən sonra uzun müddət orqanizmin ümumi reaksiyasının indikatoru olduğunu sübut edib. |
Mükafatları | “Rusiya Federasiyasının Əməkdar Həkimi” fəxri adı (2002) |
Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat | Sovet Ordusu hərbi hissələrində tibb məntəqəsi lazaretinin rəisi və raket qoşunları tədris mərkəzinin tibbi xidmət rəisi (1962);
Sankt-Peterburqda S.M. Kirov adına Hərbi Tibb Akademiyasının Hərbi-səhra terapiyası kafedrasında baş ordinator, baş elmi işçi, müəllim, baş müəllim vəzifələrində çalışmışdır (1969-1990); Ftorlu və ftor-üzvi birləşmələrin, ionlaşdırıcı şüaların, impuls maqnit sahələrinin, mexaniki və istilik hadisələrinin insan orqanizminə təsirini öyrənib. Həmin tədqiqatların nəticələri SSRİ Müdafiə Nazirliyi və SSRİ Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş rəhbər sənədlərdə (“Kombinə edilmiş radiasiyadan zərər çəkmiş şəxslərin tibbi təxliyyəsi mərhələlərində diaqnostikası, tibbi çeşidlənməsi və müalicəsinə dair təlimat” (1980), “Klinika, diaqnostika, müalicə və profilaktika üzrə Metodik Tövsiyələr” (1981) və s.) tətbiq edilib; Elmi-Tədqiqat Sənaye və Dəniz Təbabəti İnstitutunun peşə patologiyası və ümumi terapiya klinikasının rəhbəri (1990), eyni zamanda, institut direktorunun kliniki iş üzrə müavini (1994), “Medbioekstrem” Federal İdarəsinin Peşə Patologiyası Mərkəzinin baş həkimi təyin olunmuşdur (1999); Radiasiya və kimyəvi qəzalar zamanı təcili tibbi yardım üzrə Şimal-Qərb Regional Mərkəzinin rəhbəri olmuşdur (1990-1994); Atom buzqıran donanması dənizçilərinin çoxillik dispanser müşahidəsi təcrübəsini ümumiləşdirib və xroniki patologiyanın formalaşmasında məskunlaşma amillərinin rolunu aşkar edib. Çernobıl Atom Elektrik Stansiyasında (ÇAES) qəzaları ləğv edən insanlarda xromosom aberrasiyaları və bu insanların immunitet vəziyyəti arasında qarşılıqlı əlaqə və digər problemləri tədqiq edib; Qastroenterelogiya, endokrinologiya, hematologiya, revmatologiya və terapiyanın bir çox sahələrinə həsr edilmiş 117 elmi işin müəllifidir; Rusiyada çətin xəstələr üçün “Семейная медицина” (“Ailə təbabəti”) tibbi mərkəzi təşkil etmiş və on il həmin mərkəzə rəhbərlik etmişdir. |
Əlaqə məlumatları | Tel.: +7 (812) 3088803 |
https://elmidiaspora.az/az/scientists/481/