Ağstafada “Qərbi Azərbaycan: Gənclərin gözü ilə” mövzusunda məlumatlandırma sessiyası keçirilib
Ağstafada “Qərbi Azərbaycan: Gənclərin gözü ilə” mövzusunda məlumatlandırma sessiyası keçirilib.
Elminfo.az westaz.org.az-a istinadən xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasının iclas zalında təşkil olunan tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ağstafa RİH başçısı Seymur Orucov, Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov, Qərbi Azərbaycan İcmasının Qazax-Ağstafa üzrə nümayəndəsi Əbülfəz Qafarov, Qərbi Azərbaycan İcmasının Qəmərli rayon İcmasının gənclərlə iş üzrə məsul şəxsi Rəna Qəfərova, Dağ Kəsəmən kənd 2 nömrəli tam orta məktəbin direktoru Vüsal Həsənov, əslən Qərbi Azərbaycandan olan, Qarahəsənli kənd tam orta məktəbin müəllimi Elşad Mirzəyev mövzuya dair geniş məruzələrlə çıxış ediblər. Qərbi Azərbaycan İcmasının təşkilatlanma işlərinin həyata keçirilməsi, Qayıdış Konsepsiyasının müddəalarının izahı, Qərbi Azərbaycanın tarixi, coğrafiyası, icmanın fəaliyyəti barədə ətraflı məlumatlar verilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyələri əsasında qısa zamanda İcma tərəfindən Qayıdış Konsepsiyası qəbul olunub. Soydaşlarımızın öz doğma torpaqlarına geri qayıdışı uğrunda yorulmaz daxili və beynəlxalq fəaliyyətə start verilib. Şəhər, rayon və kənd icmalarının Qərbi Azərbaycan İcması ətrafında birləşməsi ilə İcmanın yenidən təşkilatlanması prosesi daha da intensiv hal alıb. Ağstafa rayonu üzrə icma nümayəndəliyi üçün ayrılmış iş otağı ilə tanışlıq olub.