AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

AMEA Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı Gəncə bölməsində keçirilən konfransda iştirak etmişdir.

Gəncədə Azərbaycan mütəfəkkiri Mirzə Şəfi Vazehin 230 illik yubileyinə həsr olunmuş “Mirzə Şəfi Vazeh və dünya ədəbiyyatı” mövzusunda Respublika elmi-nəzəri konfransı keçirilib.

Elminfo.az xəbər verir ki, konfransı giriş sözü ilə AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev açaraq, Mirzə Şəfi Vazehin yaradıcılıq yolu haqqında məlumat verib. Konfransda Akademiyanın, elmi-tədqiqat institutların, universitetlərin əməkdaşları iştirak etmiş, məruzələrlə çıxış etmişlər.
AMEA Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı Fəranə Mikayılova da konfransda iştirak etmiş, “Divani Hikmət” ədəbi məclisi mədəniyyətlərarası körpüdür” adlı məruzəsi ilə çıxış etmişdir.