ELMİ ANONSLAR

AMEA və TÜBİTAK birgə müsabiqə elan edir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında 2024-cü ildə imzalanmış Əməkdaşlıq Protokolu üzrə Müştərək Proqram çərçivəsində layihə müsabiqəsi elan edilir.

Müsabiqədə AMEA-nın elmi müəssisələri və Türkiyənin universitetləri və tədqiqat institutları iştirak edə bilər. Layihələr aşağıdakı mövzular üzrə təqdim edilməlidir:

– Urbanizasiya, şəhər və regional planlaşdırma (Dayanıqlı şəhərlər);

– Mədəniyyətlərarası qarşılıqlı əlaqə;

– Dil birliyi üzrə tədqiqatlar;

– İqtisadiyyat (Dairəvi iqtisadiyyat və inkişaf məsələləri daxil olmaqla);

– Seysmologiya;

– Rəqəmsal Transformasiya.

Müsabiqə şərtləri buradan əldə edilə bilər (Call for proposals).

Türkiyə və Azərbaycandan olan tərəfdaş qrupları tərəfindən birlikdə ingilis dilində hazırlanmış layihə təklifləri bu ərizə formasında (Application form) təqdim edilməlidir.

Müsabiqə 6 avqust 2024-cü il tarixindən 5 noyabr 2024-cü il tarixinə qədər açıqdır.

Azərbaycan tərəfindən layihə rəhbəri layihə təkliflərini 5 noyabr 2024-cü il tarixinə qədər esmira.alirzayeva@science.az email ünvanına göndərməli, 19 noyabr 2024-cü il tarixinə qədər imzalanmış sənədləri AMEA Rəyasət Heyəti Aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinə (İstiqlaliyyət küç. 30, AZ1001, Bakı) təqdim etməlidir.

Əlavə məlumat üçün (+994 12) 492 34 46 müraciət edilə bilər.

science.gov.az