ASA-nın tələbəsi beynəlxalq elmi uğura imza atıb
Azərbaycan İdman Akademiyasının (ASA) “İdman menecmenti və kommunikasiya” ixtisası üzrə SABAH qruplarında təhsil alan III kurs tələbəsi Fatimə Həsənova beynəlxalq elmi müstəvidə mühüm nailiyyət əldə edib.
“Report” xəbər verir ki, onun müəllifi olduğu “Management Systems in Space” (Kosmosda İdarəetmə Sistemləri) adlı elmi məqalə İtaliyanın Milan şəhərində keçirilən 75-ci Beynəlxalq Astronavtika Konqresində təqdim olunub.
F.Həsənovanın məqaləsi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib və dünyanın nüfuzlu elmi platformalarından biri olan “Scopus” elmi bazasında, “Proceedings of the International Astronautical Congress” (IAC) resursunda dərc olunub.
Qeyd edək ki, sözügedən tələbə hazırda Litva İdman Universitetində mübadilə proqramı çərçivəsində təhsilini davam etdirir.
Mənbə: Report.Az