GÜNDƏM

Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub

Azərbaycan cüdoçuları Almaniyanın paytaxtı Berlində yeniyetmələr arasında Avropa Kubokunun ikinci günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib.

Elminfo.az “Reporta” istinadən xəbər verir ki, idmançılar turnirdə 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanaraq, medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutub.

Yarışın ikinci günündə oğlanlar arasında 73 kq, 81 kq və +90 kq çəki dərəcələrində 4 cüdoçumuz tatamiyə çıxıb.

Cəsur İbadlı (73 kq) gümüş medal əldə edib.

Əli Qazıməmmədov qızıl, Mehdi Abbasov (hər ikisi 81 kq) isə bürünc medal qazanıb. Sübhan Axundov (+90 kq) 5-ci yerdə qərarlaşıb.