Azərbaycan məktəbliləri beynəlxalq riyaziyyat olimpiadasında uğur qazanıblar
Azərbaycan məktəbliləri Şərqin böyük mütəfəkkiri və şairi Məhtimqulu Fəraqinin 300 illiyi münasibətilə Türkmənistanın Arxadağ şəhərində keçirilmiş riyaziyyat olimpiadasında uğur qazanıblar.
Elminfo.az xəbər verir ki, Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 5 şagirdi də iştirakçılar sırasında olub. Onlardan 8-ci sinif şagirdi Elvira Quliyeva və 7-ci sinif şagirdi Sübhan Muxtarlı olimpiadada bürünc medal əldə ediblər. Sübhan Muxtarlı olimpiadanın ən gənc iştirakçısı və ən gənc medalçısı olub.
Olimpiadada 13 ölkədən 134 məktəbli iştirak edib.