ELMİ ANONSLAR

Azərbaycanla Gürcüstan təhsil sahəsində gələcək inkişaf perspektivlərini müzakirə edib

Böyük Britaniyanın London şəhərində keçirilən 21-ci Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Gürcüstanın təhsil, elm və gənclər naziri Aleksandre Tsuladze ilə görüşüb.

Bu barədə “Report”a Nazirlikdən məlumat verilib.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında ümumi və ali təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Mənbə: Report.Az