Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın yeni müharibə ehtimalı ilə bağlı açıqlamasına münasibət bildirb.
Elminfo.azxəbər verir ki, Rusiya rəsmisi İrəvanın yaxınlaşmağa çalışdığı Qərbi bölgədə sabitliyi pozmaqda ittiham edib.
“Avropa Birliyi, NATO və Vaşinqtondan olan yeni kuratorlar bu məsələ ilə bağlı nə ediblər? Nəzərə alın ki, bu bəyanatın Rusiya ilə heç bir əlaqəsi yoxdur. Bu, indiki İrəvan hakimiyyətinin müstəsna səlahiyyətidir və onun Qərb ölkələri ilə məsləhətləşmələrinin nəticəsidir”, – Zaxarova deyib.
Nikol Paşinyan bundan əvvəl söyləmişdi ki, Ermənistan Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası məsələsini müzakirə etməkdən imtina etsə, həftəsonuna qədər müharibə ehtimalı var. (Turkustan.az)