Bağçada qutab bişirilməsinə rəsmi REAKSİYA
78 nömrəli körpələr evi-uşaq bağçası müəssisədə işçilərin qutab bişirməsi məsələsinə münasibət bildirib.
Bakuplus. az xəbər verir ki, körpələr evi-uşaq bağçasına dair yayılan videogörüntü ilə əlaqədar qeyd edilib ki, mayın 17-də (qeyri-iş günü) bağçada texniki işçilərin iştirakı ilə iməcilik keçirilib: “İməcilikdən sonra işçilər öz vəsaitləri hesabına qutab bişiriblər. Videogörüntüdə bir işçi evdəki övladlarını nəzərdə tutaraq uşaqların onu gözlədiyini bildirir və bu məqam yanlış yozumlara səbəb olur. Qeyd edildiyi kimi, həmin gün qeyri-iş günü səbəbindən bağçada uşaqlar olmayıb”.
“Uşaq bağçasında təlim-tərbiyə prosesi daim diqqət mərkəzində saxlanılır”- deyə, məlumatda vurğulanır.
Mənbə: BakuPlus.Az