Bakıda bağçada qutab qonaqlığı – Uşaqlarsız + İDDİA + VİDEO
Bakıdakı 78 saylı uşaq bağçasında texniki işçilərin özləri üçün qutab qonaqlığı təşkil etdikləri iddia olunur.
“Bura imkanlı bağçadır, qutabı otdan yox, ətdən bişiririk”, – işçilərdən biri baş verənləri belə şərh edib.
Bağçadan Bakuplus.az-a bildirilib ki, müəssisənin yeni rəhbərliyi qeyri-iş günü iməcilik təşkil edib və əməkdaşlar özlərinə qutab bişiriblər.
Ancaq məsələ ondadır ki, sözügedən videoda işçilərdən biri uşaqları tək qoyub gəldiyini bildirir:
“Uşaqlar da indi söyür məni. Deyirlər, bu nə həngamədir? Səhərdən qoyub çıxıb gedib”.
Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil idarəsinə sorğu ünvanlamışıq.
Mənbə: BakuPlus.Az