Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək
13-15 may 2024-cü il tarixlərində Bakıda “Qafqazda seysmik təhlükə yenilikləri və müasir mühəndislik təcrübələrinin nəticələri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Elminfo.az science.gov.az-a istinadən xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək konfransda AMEA rəhbərliyi, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri, eləcə də xarici ölkələrdən 30-a yaxın dünyada tanınmış seysmoloq alim və mütəxəssislər iştirak edəcəklər.
Qeyd edək ki, konfrans zamanı Qafqazda son seysmik məlumatların toplanması və təhlili, müasir tikinti normalarında konseptlər, zəlzələ kataloqunun təkmilləşdirilməsi, seysmik metodlar və təhlükənin qiymətləndirilməsi tələbləri və s. mövzularda müzakirələr aparılacaq. Konfrans üç gün davam edəcək.
Konfransın açılış mərasimi 13 may 2024-cü il tarixində saat 10:00-da “Radisson Hotel”in “Füzuli” zalında keçiriləcək. (Ünvan: Azadlıq prospekti 1)
Bütün media nümayəndələri konfransa dəvətlidirlər.