ELM VƏ TƏHSİL XƏBƏRLƏRİ

Bakıda gənc müəllim vəfat etdi

Bakı şəhəri 183 saylı orta məktəbin müəllimi 34 yaşlı Yaşar Aliyarlı qəfil vəfat edib.

Qafqazinfo.az xəbər verir ki, məktəbin fiziki tərbiyə müəllimi ötən gün dünyasını dəyişib.

Onun hansı səbəbdən öldüyü açıqlanmayıb.

Qeyd edək ki, Y.Aliyarlı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olub. O, 2015-ci ildən müəllim kimi çalışırmış.

Mənbə: BakuPlus.Az