ELM VƏ TƏHSİL XƏBƏRLƏRİ

Bakıda məktəbdə insident: şagirdə xəsarət yetirildi

Bakıda məktəbdə şagirdlər arasında mübahisə olub.

Bakuplus.az-ın məlumatına görə, hadisə paytaxtda yerləşən 25 nömrəli məktəbdə qeydə alınıb.

Belə ki, tənəffüs vaxtı (saat 10:30 radələrində) VIII sinif şagirdi digər şagirdə xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov saytımıza açıqlamasında bildirib ki, paytaxt ərazisində yerləşən məktəblərin birində şagirdlər arasında baş verən mübahisə ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır.

Mənbə: BakuPlus.Az