Bakuplus.az-ın məlumatına görə, hadisə paytaxtda yerləşən 25 nömrəli məktəbdə qeydə alınıb.
Belə ki, tənəffüs vaxtı (saat 10:30 radələrində) VIII sinif şagirdi digər şagirdə xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov saytımıza açıqlamasında bildirib ki, paytaxt ərazisində yerləşən məktəblərin birində şagirdlər arasında baş verən mübahisə ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır.