GÜNDƏM

Bank kartı olanlar oxusun: təhlükə var – Yeni üsul

Son vaxtlar sosial şəbəkələrdə saxta iş təkliflərinin sayı artır. Bildirilir ki, bu cür fırıldaqçılıq halları şəxsi məlumatların ələ keçirilməsi və maddi itkilərə səbəb ola bilər. Xüsusilə Feysbuk və Teleqram kimi platformalarda anonim səhifələr vasitəsilə vətəndaşlara yüksək maaşla iş təklif olunur.

Bu, hansı risklərə yol aça bilər? İnsanlar saxta halları necə ayırd edə bilərlər?

Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov deyib ki, belə elanlarla vətəndaşlar əsasən, Teleqram kimi daha qapalı platformalara yönləndirilir:

“Bu da onların izlənməsini və məsuliyyət daşıyan tərəfin tapılmasını çətinləşdirir. Saxta elanlar bir neçə risk yaradır. Belə ki, vətəndaşlardan ilkin “işə qəbul haqqı” adı ilə pul alınır və daha sonra dələduzlar yoxa çıxır. Şəxsiyyət vəsiqəsi, bank kartı və əlaqə məlumatları ələ keçirilərək digər məqsədlərlə istifadə oluna bilər. Yaxud vətəndaşın adından dələduzluq fəaliyyətlərinin reallaşması mümkündür. Söhbət məlumatların saxta profillərdə və ya cinayət məqsədilə istifadə edilməsindən gedir”.









Mənbə: Turkustan.Az