ELM VƏ TƏHSİL

BANM tələbələri ABŞ-da Azərbaycanı təmsil edəcəklər

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “SPE BHOS” komandası ABŞ-da Azərbaycanı təmsil edəcək.

BANM-dən AZƏRTAC-a bildirilib ki, ali məktəbin tələbələri “PetroBowl” yarışının Qazaxıstanda keçirilən regional turunu udaraq finala vəsiqə qazanıblar. Onlar neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbələri Aminə Rəhmanova, Firuzə Əzizova, Orxan Nəsibov, Ramin Əsgərli və Xanlar Məmmədzadədir.

Yarışma “Chevron” şirkətinin dəstəyi və Beynəlxalq Neft Mühəndisləri Cəmiyyətinin (SPE) təşkilatçılığı ilə baş tutub.

Hər il yarışma beynəlxalq səviyyədə müxtəlif ölkələrdə keçirilir.