BDM-in Türkiyə nümayəndəliyinin üzvüləri Xocalı, Şuşa, Xankəndi və Əsgəranı ziyarət etdilər
Bdmxeber.az saytı xəbər verir ki, 20 oktyabr tarixində Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev və BDM-in Türkiyə nümayəndəliyinin bir qrup üzvü Xocalı, Xankəndi, Şuşa və Əsgərana səfər edib.
Şuşa şəhərinə mərkəzi meydanına gələn qonaqlara şəhər haqqında ətraflı məlumat verilib. Sonra qonaqlar Şuşa qala divarlarını ziyarət ediblər. Burada onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb. Daha sonra qonaqlar qonaqlar işğaldan azad olunmuş Əsgəran qalasını və Xankəndini ziyarət etdilər.
BDM sədri İsmayıl Ağayev qonaqlara İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya “Dəmir Yumruq” əməliyyatı haqqında ətraflı məlumat verdi. O qeyd etdi ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənabları xalqa mütəmadi olaraq müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını, Azərbaycan ordusunu və bütün dünyada yaşayan azərbaycanlıları, diaspor fəallarını ayağa qaldırdı, xalqı yumruq kimi sıx birləşdirdi. Bu müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi və hər bir müraciət növbəti qələbələrin qazanılmasına çevrildi.
Daha sonra BDM sədri Ali Baş Komandan İlham Əliyev cənablarının uzaq görən siyasəti nəticəsində illərdir ki, Vətən həsrətində olan Qərbi azərbaycanlıların da öz ata-bab yurdlarına qayıdacağına inandığını dedi.
Daha sonra xatirə şəkli çəkildi.