BDU-nun Jurnalistika fakültəsində “Milli mətbuat tarixi auditoriyası”nın açılışı olub
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Milli mətbuat tarixi auditoriyası”nın açılışı olub.
“Report” xəbər verir ki, açılış mərasimi “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda keçirilən konfrans çərçivəsində baş tutub.
BDU-nun rektoru Elçin Babayev nitqində auditoriyanın Azərbaycan milli mətbuatının 150 illik yubileyinin şərəfinə açıldığını qeyd edib.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid “Milli mətbuat tarixi auditoriyası”nın məhz Azərbaycan milli mətbuatının 150 illiyində açılmasını əlamətdar hadisə hesab edib.
Foto: Samirə Həsənova



Mənbə: Report.Az