ELM VƏ TƏHSİL

BDU tələbələri Fizika İnstitutunda istehsalat təcrübəsində

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin lV kurs tələbələri Elm və Təhsil Nazirliyinin Həsən Abdullayev adına Fizika İnstitutunda istehsalat təcrübəsi keçirlər.

BDU-dan AZƏRTAC-a bildirilib ki, istehsalat təcrübəsinin əvvəlində tələbələrə institutun fəaliyyəti, buradakı laboratoriyalar və aparılan elmi-tədqiqat işləri barədə məlumat verilib. Tələbələr nanoquruluşlar, aşqarlar haqqında məlumatlar əldə edib, institutun laboratoriyalarında eksperimentlər aparıblar. Onlara “Perki Elmer LS-55 Luminessent” spektrometri, sintez peçi, multimetr avadanlığının iş prinsipləri izah edilib. Tələbələr təcrübə müddətində CaS, Ga2S3 kimi müxtəlif metodlarla sintez oluna bilən birləşmələrin alınma texnologiyaları ilə də tanış olublar.