Biləsuvar məktəblilərinin tədqiqat işi ABŞ-də Beynəlxalq müsabiqədə təqdim olunub
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin şagirdləri ABŞ-də ölkəmizi təmsil edirlər.
Bu barədə “Report”un Muğan bürosuna təhsil kompleksindən məlumat verilib.
Bildirilib ki, “Sabahın Alimləri” XIV Respublika Layihə Müsabiqəsində Tibb və Sağlamlıq nominasiyası üzrə I yerə layiq görülərək qızıl medalla təltif olunan təhsil kompleksinin X sinif şagirdləri Quluzadə Gülay və Əlizadə Leyla hazırda ABŞ-də keçirilən “Regeneron ISEF” (International Science and Engineering Fair – Beynəlxalq Elm və Mühəndislik Sərgisi) beynəlxalq müsabiqəsində ölkəmizi təmsil edirlər.
Həmçinin vurğulanıb ki, şagirdlərin tədqiqat işləri artıq nüfuzlu beynəlxalq elmi müsabiqədə təqdim olunub.
Qeyd edək ki, sözügedən bu beynəlxalq sərgidə dünyanın 70-dən çox ölkəsindən yüzlərlə şagird iştirak edir.

Mənbə: Report.Az