ELMİ ANONSLAR

Biofizika İnstitutu 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Biofizika İnstitutu Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli 163s nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na əsasən 2024-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd qəbulu 16 aprel – 15 may 2024-cü il tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Biofizika İnstitutunda qəbul olunacaq.

Sənəd qəbulunu elektron qaydada həyata keçirmək üçün sənədlər Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil edilməlidir.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər əvvəlcə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən iyun ayında keçirilən xarici dil imtahanını verməlidirlər. Xarici dil imtahanını verən şəxslər Fəlsəfə fənni üzrə imtahana buraxılacaqlar.

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya magistraturanı bitirən və ən azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik olanlar sənəd verə bilərlər.

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul olmaq istəyən şəxslər xarici dildən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən iyun ayında keçirilən “Xarici dil” imtahanını verməlidir.

Elmlər və Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər Biofizika İnstitutuna təqdim olunmalıdır:

– elmi müəssisənin rəhbərinin adına ərizə;

– kadrların şəxsi-qeydiyyat vərəqi;

– tərcümeyi-hal;

– 2 ədəd fotoşəkil (3×4 sm ölçüdə);

– iş yerindən xasiyyətnamə;

– əmək kitabçasından çıxarış;

– çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);

– ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

– “Elmlər doktoru” elmi dərəcəsi iddiaçısı üçün fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

– şəxsiyyəti təsdiq edən sənədin surəti.

Əlaqə nömrəsi: (+994 12) 434 83 36

Qeyd: Sənədlərin qəbulu prosesində doktoranturaya qəbul olmaq istəyən şəxs instituta dəvət olunur, nəzərdə tutulan elmi rəhbər onunla müsahibə keçirir və rəhbərlik etməyə razılıq haqqında rəy verir. Bundan sonra sənədlərin qəbulu tamamlanır (fəlsəfə doktoru hazırlığı üzrə).

https://science.gov.az/az