ELMİ ANONSLAR

Biofizika İnstitutunda elmi seminar keçiriləcək

1 aprel 2024-cü il tarixində saat 14:30-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda Elm Gününə həsr olunmuş “Bioloji tədqiqatlarda EPR metodu. İnsan ağciyər sağlam və karsinoma hallarında hüceyrə membranının EPR metodu vasitəsi ilə xarakterizə edilməsi” mövzusunda elmi seminar keçiriləcək.

Elminfo.az science.gov.az-a istinadən vəbər verir ki, Seminarda Molekulyar və hüceyrə biokimyası laboratoriyasının elmi işçisi Mətanət Baxışova çıxış edəcək. Elektron paramaqnit rezonansı (EPR) spektrometri və onun iş prinsipi, eyni zamanda bu metodun tibbə və biologiyaya tətbiqi ilə bağlı ümumi məlumatlara nəzər salınacaq.

Bundan əlavə, spin nişanlamış sağlam və xəstə (karsinoma) epitel hüceyrə membranlarının EPR metodu vasitəsilə tədqiqi, əldə olunan nəticələr və onların praktiki əhəmiyyəti müzakirə ediləcək.

Arzu edənlər seminarda iştirak edə bilər.