ELM VƏ TƏHSİL

BSU azərbaycanşünaslığın aktual məsələlərinə dair beynəlxalq konfrans keçirəcək

Mayın 2-3-də Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən “Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə” XV beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

BSU-dan AZƏRTAC-a bildirilib ki, konfransın regional bölməsi mayın 20-də Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birlikdə Quba şəhərində təşkil olunacaq. Ənənəvi olaraq keçirilən bu konfrans tədqiqatçıların mədəniyyət, multikulturalizm, filologiya, iqtisadiyyat, hüquq, siyasət və sosial elmlərin digər sahələri üzrə müzakirə platformasına çevrilib.

Konfrans “Qərbi Azərbaycanda təhsil və maarifçilik məsələləri”, “Qərbi Azərbaycan tarixi-mədəni kontekstdə”, “Multikultural cəmiyyətlər: Azərbaycan modeli”, “Yeni dövrün çağırışları: gələcək üçün konturlar”, “Qarabağ və Şərqi Zəngəzur: Cənubi Qafqazın gələcəyi”, “COP29: iqlim üzrə beynəlxalq əməkdaşlıqda Azərbaycanın artan rolu”, “Qloballaşan dünyada Azərbaycanın iqtisadiyyatı və hüquq sistemi”, “Müasir dövrün filoloji təmayülləri (regional bölmə)” kimi istiqamətləri əhatə edəcək.

Konfransda iştirak və tezislərin tərtibi qaydaları ilə bağlı ətraflı məlumatı linkdən əldə etmək olar.