ELM VƏ TƏHSİL

BSU-da Kazım Qarabəkirə həsr olunmuş inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı Slavyan Universitetinin (BSU) Türk Araşdırmaları Tədris-Mədəniyyət Mərkəzi, Türkologiya kafedrası və Kazım Qarabəkir Fondunun birgə təşkilatçılığı ilə “Kazım Qarabəkir necə anladılmalı?” mövzusunda mayın 23-də keçirilmiş inşa müsabiqəsinin nəticələri elan edilib.

BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə beynəlxalq əlaqələr üzrə prorektor Aytən Bayramova, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsini müvəqqəti icra edən, Türkologiya kafedrasının müdiri Gülnarə Əliyeva, Türk Araşdırmaları Tədris-Mədəniyyət Mərkəzinin müdiri Ziyafət Qasımova, kafedranın müəllimləri və tələbələr iştirak ediblər.

Nəticələrə əsasən, Qərbi Avropa dilləri fakültəsinin regionşünaslıq (Türkiyə) üzrə tələbələri – Ləman Əhmədova I yerə, Fatimə Mərdanlı II yerə, Filologiya fakültəsinin filologiya (Türk dili və ədəbiyyatı) üzrə tələbəsi Tuncay Seyidov isə III yerə layiq görülüb.

Müsabiqənin qaliblərinə Kazım Qarabəkir Fondu tərəfindən hədiyyələr, iştirakçılarına isə sertifikatlar təqdim edilib.